2025-ci ildə Azərbaycanda Dövlət Məşğulluq Agentliyi tərəfindən 1975 nəfəri qadın və 3820 nəfəri kişi olmaqla 5795 nəfər əlilliyi olan şəxs işlə təmin olunub.
Day.Az xəbər verir ki, bu barədə məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə hesabatında əks olunub.
Hesabata görə, eyni zamanda, 487 nəfər əlilliyi olan şəxs peşə hazırlığı və əlavə təhsilə cəlb edilib. Onlardan 231 nəfərini qadınlar və 256 nəfərini kişilər təşkil edib.
Bu dövrdə 504 nəfərini qadınlar, 1236 nəfərini kişilər təşkil etməklə, 1740 nəfər əlilliyi olan şəxs kvota yerləri üzrə işlə təmin olunub. Özünüməşğulluq proqramı üzrə isə 2025-ci ildə 286 nəfəri qadın, 998 nəfəri kişi olmaqla 1284 nəfər əlilliyi olan şəxs cəlb edilib. Həmçinin 2025-ci ildə 139 nəfəri qadın, 584 nəfər kişi olmaqla ümumilikdə 723 nəfər əlilliyi olan şəxs haqqı ödənilən ictimai işlərə cəlb olunub.