"Bu gün ölkədə məişət zorakılığının qurbanları üçün sığnacaqlar yetərli deyil. Bu istiqamətdə də işlər davam etdirilməlidir".
Ölkə.az xəbər verir ki, bunu ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin sədri Bahar Muradova Milli Məclisdə deyib.
Komitə sədri onu da qeyd edib ki, ölkədə doğulan qız uşaqları ilə oğlan uşaqları arasında fərq əvvəlki illərə nisbətən azalıb. "Cinsi nisbət hər 100 qıza 113 oğlan təşkil edir. Bioloji norma hər 100 qıza 105-107 oğlandır",- o vurğulayıb.
O həmçinin əlavə edib ki, bu sahədə Komitə və digər müvafiq qurumlar maarifləndirmə işləri aparırlar: "Amma bu işlər daha da gücləndirilməlidir".
Mürtəza