RU

Komitə sədri: Məişət zorakılığının qurbanları üçün sığnacaqlar yetərli deyil

"Bu gün ölkədə məişət zorakılığının qurbanları üçün sığnacaqlar yetərli deyil. Bu istiqamətdə də işlər davam etdirilməlidir".

Ölkə.az xəbər verir ki, bunu ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin sədri Bahar Muradova Milli Məclisdə deyib.

Komitə sədri  onu da qeyd edib ki, ölkədə doğulan qız uşaqları ilə oğlan uşaqları arasında fərq əvvəlki illərə nisbətən azalıb. "Cinsi nisbət  hər 100 qıza 113 oğlan təşkil edir. Bioloji norma  hər 100 qıza 105-107 oğlandır",- o vurğulayıb.

O həmçinin əlavə edib ki, bu sahədə  Komitə və digər müvafiq qurumlar  maarifləndirmə işləri aparırlar:  "Amma bu işlər daha da gücləndirilməlidir".

Mürtəza

Избранный
39
50
olke.az

10Источники