EN

“BMW” idarəetmədən çıxıb aşdı -Yaralılar var - FOTO

Gəncə-Şəmkir magistral yolunun Göygöl rayonundan keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə rayonun Quşqara kəndində qeydə alınıb.

Belə ki, “BMW” markalı avtomobil idarəetmədən çıxaraq, bir neçə dəfə aşıb və əks yola çıxıb. Qəza nəticəsində sürücü, 2000-ci il təvəllüdlü Məhərrəm Bəyalıyev və avtomobildə olan sərnişin, 2005-ci il təvəllüdlü Aişə Abdullazadə və daha bir nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir.

Faktla bağlı araşdırma başlanılıb.




 

Chosen
10
8
redaktor.az

10Sources