EN

Andre Pyer Jinyak karyerasını bitirdi – ARENA.AZ

Fransa milli komandasının sabiq üzvü, Meksikanın “Tiqres” klubunun hücumçusu Andre Pyer Jinyak peşəkar futbolçu karyerasını başa vurub.

Arena.az xəbər verir ki, 40 yaşlı forvard idmanla vidalaşmaq qərarına gəlib.

Qeyd edək ki, Jinyak 2015-ci ildən “Tiqres”in uğurları üçün çalışırdı. O, bu komandanın heyətində 445 matça çıxıb, 222 qola imza atıb, 57 məhsuldar ötürmə verib. Fransalı hücumçu klub tarixinin ən çox qol vurmuş futbolçusu hesab olunur.

Fransız hücumçu “Tiqres”lə 3 dəfə Meksika çempionu olub. O, KONKAKAF Çempionlar Liqasında da baş mükafata sahib çıxıb.

Peşəkar karyerasına yetirməsi olduğu “Loryan”da başlamış Andre Pyer Jinyak, qısa müddət “Po” komandasında da icarədə oynayıb. 2007-2010-cu illər aralığında “Tuluza”da 100 oyun keçirib, 35 qol vurmuş hücumçu Marsel “Olimpik”inə transfer edilib. O, bu komandada beş il keçirib və 155 oyuna 59 qolla yadda qalıb.

Təcrübəli hücumçu 2009-2016-cı illər aralığında formasını geyindiyi Fransa yığmasında 36 oyun keçirib. O, bu oyunlarda cəmi 7 qolla yadda qalıb. Hücumçu millinin heyətində 2016-cı ildə Avropa çempionatının gümüş mükafatçısı olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin:
Chosen
35
5
arena.az

10Sources