EN

SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) iyulun 1-dən Bakı-Tbilisi-Ceyhan (BTC) kəmərinin operatoru olacaq.

ÖlkÉ™.az Report-a istinadÉ™n xÉ™bÉ™r verir ki, bunu BP ÅŸirkÉ™tinin AzÉ™rbaycan, Gürcüstan vÉ™ TürkiyÉ™ üzrÉ™ regional prezidenti Cio Kristofoli jurnalistlÉ™rÉ™ açıqlamasında deyib.

"Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin operatorluğunun SOCAR-a təhvil verilməsi prosesi qrafik üzrə davam edir. Müqavilə öhdəliyinə uyğun olaraq operatorluğun təhvil verilməsi iyulun 1-də həyata keçirilməlidir və proses planlaşdırıldığı kimi irəliləyir", deyə o bildirib..

BP rəsmisi vurğulayıb ki, bu addım BP-nin layihədən çıxması anlamına gəlmir: "Bu, yalnız müqavilə öhdəliyinin yerinə yetirilməsidir. SOCAR-ın kəməri uğurla idarə etmək üçün kifayət qədər təcrübəsi və imkanları var. Biz bu keçid prosesinə görə çox nikbinik".

Chosen
37
7
olke.az

8Sources