Almaniyada keçirilən Avropa çempionatının finalında üz-üzə gələn İspaniya və İngiltərə yığmaları arasındakı oyun başa çatıb.
ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, final qarşılaşması İspaniya millisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
İspaniyanın heyətində İnaki Vilyams və Miker Oyarzabal fərqləniblər. İngiltərə seçməsinin yeganə qolunu isə Kold Palmer vurub.
Bununla da ispanlar tarixdə dördüncü dəfə Avropa çempionu olublar.
00:51
Almaniyada keçirilən Avropa çempionatının finalında üz-üzə gələn İspaniya və İngiltərə yığmaları arasındakı oyunda üçüncü qol vurulub.
ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, qarşılaşmanın 87-ci dəqiqəsində Oyal Zabal İspaniyanın ikinci topuna imza atıb.
Görüşü fransalı hakim Fransua Leteksye idarə edir.
00:38
Almaniyada keçirilən Avropa çempionatının finalında üz-üzə gələn İspaniya və İngiltərə yığmaları arasındakı oyunda ikinci qol vurulub.
ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, qarşılaşmanın 73-cü dəqiqəsində ingilislərin heyətində Kold Palmer tablodakı rəqəmləri bərabərləşdirib.
Görüşü fransalı hakim Fransua Leteksye idarə edir.
00:14
Almaniyada keçirilən Avropa çempionatının finalında üz-üzə gələn İspaniya və İngiltərə yığmaları arasındakı oyunda hesab açılıb.
ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, ispanların üzvü İnaki Vilyams 47-ci dəqiqədə fərqlənib.
görüşü fransalı hakim Fransua Leteksye idarə edir.
23:04
Almaniyada keçirilən Avropa çempionatının finalında üz-üzə gələn İspaniya və İngiltərə yığmaları arasındakı oyunda ikinci hissə başlayıb.
ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, ilk yarıdan sonra qapılara qol vurulmayıb.
Qeyd edək ki, görüşü fransalı hakim Fransua Leteksye idarə edir.
23:51
Almaniyada keçirilən Avropa çempionatının finalında üz-üzə gələn İspaniya və İngiltərə yığmaları arasındakı oyunda birinci hissə başa çatıb.
ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.
Görüşü fransalı hakim Fransua Leteksye idarə edir.
23:01
Almaniyada keçirilən Avropa çempionatının final oyununda üz-üzə gələn İspaniya və İngiltərə yığmaları arasında oyun başlayıb.
ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.
Görüşü fransalı hakim Fransua Leteksye idarə edəcək.
Mənbə: AZƏRTAC