RU

AFFA-nın liqalarında mövsümün püşkü atılıb

Bakı. Trend:

AFFA-nın bayrağı altında təşkil edilən U-15, U-16, U-17 vəGənclər Liqasında 2024/2025-ci illər mövsümünün püşkatma mərasimikeçirilib.

Trend İdman.biz-əistinadən xəbər verir ki, AFFA U-15 və U-16 Liqasının hər birində15 komanda çıxış edəcək.

Komandalar A qrupu (15 komanda) və Naxçıvan Muxtar Respublikasıüzrə B qrupu olmaqla iki qrupa bölünüblər.

Birinci mərhələ 2 dövrədən ibarət olmaqla dairəvi sistemləkeçiriləcək. B qrupundakı komandaların bölgüsü Naxçıvan MuxtarRespublikası üzrə iştirak edən kollektivlərdən formalaşdırılır. Buyaş qruplarının A qrupunda ilk 7 yerin, B qrupunda isə 1-ci yerinsahibi final mərhələsində ev-səfər prinsipinə əsasən pley-offsistemi ilə yenidən qarşılaşacaqlar.

AFFA U-17 və Gənclər Liqası isə 3 dövrədən ibarət olacaq. U-17Liqada 15 komanda, Gənclər Liqasında 13 komanda mübarizəaparacaq.

U-15 Liqada I turun təqvimi
“Turan Tovuz” – “Sabah”
“Neftçi” – “Sumqayıt”
“Səbail” – EFA
“Qəbələ” – “Kəpəz”
“Zirə” – “Vətən”
“Qarabağ” – “Şamaxı”
“Dinamo” – ASTA
“Metak” I turda oyun keçirməyəcək.

U-16 Liqada I turun təqvimi
“Qarabağ” – “Sabah”
“Şamaxı” – “Mübariz”
“Turan Tovuz” – “Zirə”
“Dinamo” – “Səbail”
“Lion” – EFA
UFA – “Neftçi”
“Kəpəz” – “Sumqayıt”
ASTA I turda oyun keçirməyəcək.

U-17 Liqada I turun təqvimi
“Qarabağ” – “Sabah”
“Vətən” – “Səbail”
“Araz-Naxçıvan” – “Kəpəz”
“Sumqayıt” – “Masallı”
“Zirə” – “Şamaxı”
“Turan Tovuz” – EFA
“Dinamo” – “Neftçi”
“Qəbələ” I turda oyun keçirməyəcək.

Gənclər Liqasında I turun təqvimi
“Qarabağ” – UFA
“Kəpəz” – “Zirə”
“Sumqayıt” – “Dinamo”
“Sabah” – “Turan Tovuz”
“Səbail” – “Qəbələ”
“Şamaxı” – “Araz-Naxçıvan”
“Neftçi” I turda oyun keçirməyəcək.

Məqalədə:
Избранный
187
9
az.trend.az

10Источники