RU

Azərbaycanlı güləşçi beynəlxalq yarışda YARIMFİNALA YÜKSƏLDİ

İordaniyanın Amman şəhərində güləş üzrə U-17 dünya çempionatı davam edir.

Bakıvaxtı.az xəbər verir ki, mundialın üçüncü günündə qız güləşçilər mübarizəyə qoşulub.

Xalçaya çıxan Azərbaycan millisinin idmançılarından biri yarımfinala yüksəlib.

U-17 dünya çempionatı
Qadın güləşi
49 kq

Esra Məmmədli qırğızıstanlı Feruza Akmatbekova (8:1) və macarıstanlı Sonya Nemetə (4:0) qalib gələrək yarımfinala yüksəlib. O, finala gedən yolda yaponiyalı Utaha Yui ilə qarşılaşacaq.

57 kq
Fidan Babayeva 1/8 finalda belaruslu Palina Brahinetsə (AİN) 0:2 hesabıyla məğlub olub.

Qeyd edək ki, millimiz mundiala 6 qız güləşçi ilə yollanıb. /İdman.biz

Избранный
93
30
bakivaxti.az

10Источники