Bakı. Trend:
Çimərlik futbolu üzrə Azərbaycan millisi Bakıda təşkil ediləntəlim-məşq toplanışı çərçivəsində ilk yoldaşlıq görüşünükeçirib.
Trend İdman.biz-əistinadən xəbər verir ki, komandamız Belarus yığması iləqarşılaşıb.
Su İdmanı Sarayının çimərlik futbolu meydançasında baş tutanqarşılaşmada rəqib 4:2 hesablı qələbə qazanıb. Millimizin heyətindəqolları Ramil Əliyev və İsa Zeynallı vurublar.
Komandalar bu gün ikinci yoldaşlıq görüşündə üz-üzə gələcəklər.Eyni məkanda təşkil olunacaq qarşılaşma saat 18:00-dabaşlayacaq.
Qeyd edək ki, avqustun 1-dən yeni baş məşqçisi Sahib Məmmədovunrəhbərliyi altında təlim-məşq toplanışına başlayan Azərbaycanmillisinin hazırlığı ayın 31-dək davam edəcək.