
Ukrayna ordusu xaricdən aldığı F-16 qırıcı təyyarələrindən birini itirib.
Missiya.Az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Avqustun 26-da Rusiya Federasiyasının hücumunun dəf edilməsinə Ukrayna Silahlı Qüvvələrinin F-16 qırıcıları cəlb olunub. Hədəfə yaxınlaşma zamanı təyyarələrdən biri ilə əlaqə kəsilib. Sonradan məlum oldu ki, təyyarə qəzaya uğrayıb, pilot ölüb”.
Daşqın HəsənovMissiya.Az