RU

“Heç kim heç nə gizlətmir" - Oleşçuk F-16 qəzasından danışdı

“Heç kim heç nə gizlətmir, artıq istintaq gedir".

"AzPolitika" xəbər verir ki, bunu Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşçuk ukraynalı deputat Maryana Bezuqlayanın F-16 təyyarəsinin qəzaya uğraması ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

O, Bezuqlayanın bəyanatlarından ali hərbi rəhbərliyi gözdən salmaq üçün istifadə olunduğunu bildirib:"Təbii ki, biz təyyarə qəzasının səbəblərini araşdırırıq. Heç kim heç nə gizlətməyib və ya gizlətmir! Bütün yüksək rəhbərlik qəza ilə bağlı dərhal hesabat aldı. Səbəblərin araşdırılmasında artıq iştirak edən ABŞ-dən olan tərəfdaşlarımız da ilkin hesabat alıblar".

Oleşçuk qeyd edib ki, müharibə getdiyi üçn bu cür hadisələrlə bağlı məlumat verilə bilməz.

Qeyd dək ki, deputat Bezuqlaya F-16 təyyarəsinin "birliklər arasında koordinasiya olmaması səbəbindən" Ukrayna ordusuna məxsus "Patriot" silahı ilə vurulduğunu bildirmişdi.

"AzPolitika.info"

Избранный
156
50
azpolitika.info

10Источники