RU

Azərbaycan kubokunda oyun cədvəli açıqlanıb

Bakı. Trend:

Azərbaycan kubokunda II təsnifat mərhələsinin oyun cədvəliaçıqlanıb.

Trendİdman.biz-əistinadən xəbər verir ki, bu raundda 11 matç baş tutacaq.

2-ci təsnifat mərhələsində iştirak edən II Liqa klublarının(“Ağdaş”, “Şahdağ Qusar”, “Dinamo”) ev görüşləriniı keçirdiyistadionlar Misli Premyer Liqasında çıxış edən komandaları qəbuletmək tələblərinə cavab vermədiyi üçün tərəflərin razılığı iləoyunların yeri dəyişdirilib. Matçlar Premyer Liqa klublarınınstadionunda keçiriləcək.

İmişli şəhər stadionunda aparılan təmir və yenidənqurma işləriilə əlaqədar olaraq “İmişli” – “Cəbrayıl” oyunu Şamaxı OİKstadionunda baş tutacaq.

Mərhələnin 2 oyunu “CBC Sport” telekanalı vasitəsilə, digərləriisə Peşəkar Futbol Liqasının “AzPFL” yutub kanalında canlıyayımlanacaq.

Azərbaycan kuboku
II təsnifat mərhələsi
28 oktyabr (bazar ertəsi)


“Turan Tovuz” – “Hypers Guba”
Tovuz şəhər stadionu, 20:00 (CBC Sport / canlı)

29 oktyabr (çərşənbə axşamı)

MOİK – “Şimal”
“Kapital Bank Arena” (ehtiyat meydança), 14:00

“Şahdağ Qusar” – “Araz-Naxçıvan”
“Liv Bona Dea Arena”, 16:00

“Ağdaş” – “Kəpəz”
Tovuz şəhər stadionu, 16:00

“Dinamo” – “Səbail”
“ASCO Arena”, 18:00

30 oktyabr (çərşənbə)

“Şamaxı” – “Şəmkir”
Şamaxı şəhər stadionu, 14:00

“Mingəçevir” – “Zaqatala”
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 14:00

“Qaradağ Lökbatan” – “Karvan”
Lökbatan OİK stadionu, 14:00

“Şəfa” – “Difai”
“ASK Arena”, 15:00

31 oktyabr (cümə axşamı)

“İmişli” – “Cəbrayıl”
Şamaxı OİK stadionu, 14:00

“Qəbələ” – “Baku Sportinq”
Qəbələ şəhər stadionu, 15:00 (CBC Sport / canlı)

Избранный
73
16
az.trend.az

10Источники