RU

Xızı polisi 7 ədəd sənədsiz silahı təhvil götürüb

Xızı polisi 7 ədəd sənədsiz silahı təhvil götürüb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki,Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Quba regional qrupundanverilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib.

Qeyd olunan tədbirlər zamanı noyabrın 28-də polis əməkdaşları tərəfindən 1 ədəd “AKS-74” markalı avtomat, 1 ədəd həmin silaha məxsus patron darağı, 6 ədəd müxtəlif növ tüfəng və 25 ədəd güllə təhvil götürülüb.

Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.

Избранный
244
21
sia.az

10Источники