RU

Moskva ilə Tehranın sazişinin tarixi Trampın inaqurasiyasının vaxtına görə seçilib?  

"Moskva ilə Tehran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişinin imzalanma tarixinin ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın yanvarın 20-də baş tutacaq andiçmə mərasiminin tarixi ilə heç bir əlaqəsi yoxdur".

Parol.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

O qeyd edib ki, sazişin imzalanma tarixini Trampın inaqurasiyası ilə əlaqələndirmək kimi çoxsaylı fərziyyələr yalnız təbəssüm yaradır. 

Qeyd edək ki, İran prezidenti Məsud Pezeşkian yanvarın 17-də Rusiyaya rəsmi səfərə gələcək. Onun Kreml sarayında Rusiya prezidenti Vladimir Putinlə görüşü və görüş çərçivəsində iki ölkə arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsinin imzalanması planlaşdırılır.

Избранный
219
4
parol.az

2Источники