RU

UNEC də “QS Stars” reytinq qiymətləndirməsində 5 ulduz əldə edib

“Quacquarelli Symonds” (QS) beynəlxalq reytinq təşkilatı tərəfindən Azərbaycan ali təhsil müəssisələri üzrə “QS Stars” reytinq qiymətləndirməsi davam edir. 

TƏHSİL.BİZ xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Belə ki, qiymətləndirmənin yekunlaşdığı növbəti ali təhsil müəssisəsi olan Azərbaycan Dövlət İqtisad Universitetinin ümumi fəaliyyəti 5 ulduz (“mükəmməl”) ilə qiymətləndirilib.

Ümumilikdə, 9 fərqli kateqoriya üzrə fəaliyyəti dəyərləndirilən Azərbaycan Dövlət İqtisad Universiteti 7 kateqoriya üzrə 5 ulduz (“mükəmməl”) əldə edib.

Qeyd edək ki, bu yaxınlarda Bakı Dövlət Universiteti də  beynəlxalq reytinq təşkilatı tərəfindən 5 ulduz (“mükəmməl”) ilə qiymətləndirilib.

 

Избранный
113
5
tehsil.biz

10Источники