Tailandın Praçuab Kiri Xan əyaləti sahillərində kiçik təyyarənin dənizə düşməsi nəticəsində 6 polis əməkdaşı həlak olub.
Paralel.az xəbər verir ki, Tailand polisinin verdiyi açıqlamaya görə, polis təyyarəsi paraşüt təlimindən əvvəl sınaq uçuşu üçün havaya qalxıb.
Yerli vaxtla saat 09:00 radələrində sınaq uçuşu zamanı "DHC-6-400 Twin Otter" model təyyarəsi Hua Hin yaxınlığında dənizə düşüb.
Hadisə ilə bağlı araşdırma başlanıb.
Həmidə İbrahimova