
ABŞ administrasiyası münaqişənin həlli məqsədilə Hindistan və Pakistan rəhbərliyi ilə əlaqə saxlayacaq.
Bunu ABŞ dövlət katibi Marko Rubio bildirib.
Hindistan və Pakistan arasındakı vəziyyəti yaxından izlədiyini vurğulayan dövlət katibi ABŞ-ın sülh yolu ilə məsələnin həllinə nail olmaq üçün Hindistan və Pakistan rəhbərliyi ilə əlaqə saxlamağa davam edəcəyini deyib.