RU

Paytaxtın Nizami rayonunda ağacların kəsilməsi faktı təsdiqini tapıb

Paytaxtın

Bakı, 8 dekabr, AZƏRTAC

Paytaxtın Nizami rayonu Rüstəm Rüstəmov küçəsində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

Xidmət rəsmisi Qafar Ağayev AZƏRTAC-a bildirib ki, araşdırma zamanı həmin ərazidə müxtəlifcinsli ağacların kəsilməsi faktı təsdiqini tapıb: “Ağacların kim tərəfindən kəsildiyinin müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlər görülməsi məqsədilə toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır”.

 

 

Избранный
275
5
azertag.az

10Источники