RU

Türkiyədə İraq şirkətlərinin qeydiyyatı və sərmayəsi azalıb (ÖZƏL)

BAKI, TurkicWorld

2025-ci ilin yanvar - aprel ayında Türkiyədə İraq kapitalı ilə 15 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 14 şirkət azdır.

Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan İraq şirkətlərinin məcmu kapitalı 42 milyon 300 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 40 milyon 125 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2025-ci ilin yanvar - aprel ayında İraq şirkətlərinin əksəriyyəti İstanbulda (14) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən İraq şirkətlərinin ümumi kapitalı 41 milyon 300 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2025-cü ilin yanvar - aprel ayında Türkiyədə İraq kapitalı ilə 11 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

Избранный
49
5
turkic.world

10Источники