3,5 il həbs cəzasını çəkdikdən sonra müalicəyə buraxılan Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev yenidən həbsə məhkum edilib.
News24.az xəbər verir ki, Bişkekin Pervomay Rayon Məhkəməsi Atambayevi 2019-cu il avqustun 7-8-də Koy Taş kəndində qanunsuz olaraq torpaq əldə etmək, qanunsuz varlanma və hadisələrdə iştirak etməkdə təqsirli bilib.
Məhkəmənin hökmü ilə Atambayev 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Eyni zamanda, bu iş üzrə mühakimə olunanlarla bağlı qərarını da açıqlayan məhkəmə, Prezident Administrasiyasının keçmiş sədri Fərid Niyazov və keçmiş deputat Ravshanbek Cernbekovu 7 il 8 ay, keçmiş deputatlar İrina Karamuşkina və Asel Koduranovanı 7 il 6 ay, keçmiş deputat Meerbek Miskenbayev və Atambayevin mühafizəçisi 5 il müddətinə azadlıqdan məhrum edib.
Günel Məlikzadə