"Çelsi" klubunda "9" və "10" nömrəli formaların yeni sahibləri müəyyənləşib. 

Offsideplus.az xəbər verir ki, 2024-25 mövsümündən "zadəganlar"ın əvəzolunmaz oyunçularından birinə çevrilən Kol Palmer bundan sonra kürəyində "10" nömrəni daşıyacaq. Daha öncə "20" nömrəli formanı geyinən ingiltərəli yarımmüdafiəçi iyunun 15-dən - FIFA Klublararası Dünya Çempionatından etibarən yeni nömrə altında çıxış edəcək.

Onun komanda yoldaşı Liam Delapa isə "9" nömrə həvalə olunub.