RU

Allahşükür Paşazadədən İrəvan Qazılığının bərpasına MÜNASİBƏTVİDEO

"İrəvan Qazılığının bərpasına Ermənistanın münasibəti bizi maraqlandırmır".

Bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə deyib. O bildirib ki, İrəvan Qazılığı yaradılmayıb, sadəcə olaraq1988-ci ildə azərbaycanlılar İrəvandan deportasiya edildikləri üçün oradakı qazılığın fəaliyyəti dayandırılmışdı.

Sədr vurğulayıb ki, Qərbi Azərbaycan İcması ilə məsləhətləşmələrdə İrəvan Qazılığının bərpa edilməsi ilə bağlı qərar verilib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə həmçinin bütün ermənilərin katolikosu II Qaragenlə hələlik görüşmək istəmədiyini də bəyan edib.

Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edir. 

Избранный
316
28
xezerxeber.az

10Источники