RU

Harri Keyn karyerasında 450-ci qolunu vurdu

İngiltərə millisinin hücumçusu Harri Keyn karyerasındakı qollarının sayını 450-yə çatdırıb.

90deqiqe.Az-ın məlumatına görə, bu uğura futbolçu 2026-cı il dünya çempionatının seçmə mərhələsinin 3-cü turunda Andorra ilə keçirilən oyunda imza atıb.

İspaniyanın Barselona şəhərində yerləşən “Stej Front” stadionunda baş tutab matçda İngiltərə millisi 1:0 hesablı qələbə qazanıb.

Bu qol Keynin milli komanda heyətində vurduğu 72-ci top olub. Hücumçu klub səviyyəsində ən çox qolu “Tottenhem”də (280) vurub. Hazırda formasını geyindiyi “Bavariya”da isə 82 dəfə fərqlənib.

Keyn “Milluoll”da 9, “Leyton”da 3 və “Lester”də 2 qol vurub.

Избранный
102
5
90deqiqe.az

10Источники