RU

Ceko yenidən İtaliyaya qayıda bilər

Bir müddət əvvəl "Fənərbaxça"dan ayrılan Edin Ceko yenidən İtaliyaya qayıda bilər.

Apasport.az xəbər verir ki, bu barədə "Football Italia" məlumat yayıb. 

"Bolonya" "İnter"in və "Roma"nın keçmiş hücumçusunu transfer etməkdə maraqlıdır.

Komandanın baş məşqçisi Vinçenzo Italiano bu transferlə şəxsən maraqlanır.

Qeyd edək ki, Türkiyə Super Liqasının 2024/2025 mövsümündə 39 yaşlı hücumçu 35 oyun keçirib, 14 qol vurub və 4 məhsuldar ötürmə edib.

 

Neymar koronavirusa yoluxub

Perişiç "Barselona" yolunda

La Liqada 2025/26 mövsümünün start tarixi məlum olub

Türkiyə millisinin üzvü PSJ yolunda

Arda Turan “Fənər”in futbolçusunu istəyir

Избранный
90
15
apasport.az

10Источники