RU

"Milan" Menyanın əvəzləyicisini axtarır

Fransalı qapıçı Mayk Menyanın "Çelsi"yə keçid ehtimalı fonunda "Milan" rəhbərliyi onun yerini doldura biləcək əsas namizədləri müəyyənləşdirib.

90deqiqe.Az-ın “Milan News"ə istinadən yaydığı məlumata görə, "rossoneri" üç mümkün transfer variantını nəzərdən keçirir: "Roma"nın qapıçısı Mile Svilar, "Parma"nın şəriksiz liderlərindən olan Dzion Suzuki və "Napoli"yə məxsus gənc qapıçı Eliya Kapirle.

Xatırladaq ki, daha əvvəl "Çelsi" Menyan üçün 15 milyon avroluq son təklifini irəli sürmüşdü. Qapıçının bazar dəyəri isə 25 milyon avro civarındadır. İtaliya klubu təklifi rədd etsə də, London təmsilçisi qiyməti 18 milyon avroya qədər artıraraq razılıq əldə edib.

Buna baxmayaraq, "Milan" rəhbərliyi və yeni baş məşqçi Massimiliano Alleqri Menyanı komandada saxlamağı bacarmayıb. Belə görünür ki, fransız qapıçının "San Siro" ilə yollarını ayırması artıq an məsələsidir.

Избранный
78
21
90deqiqe.az

10Источники