Portuqaliya ilə UEFA Millətlər Liqasını qazanan Kriştiano Ronaldo karyerası ilə bağlı açıqlama verib.
Futbolpress.az xəbər verir ki, o, insayder Fabrizio Romanonun sorğusuna cavab olaraq bunları deyib:
“Artıq neçə yaşımın olduğunu bilirsiniz. Karyeramı bitirməyə əvvəlkindən daha yaxınam. Amma hər andan həzz almalıyam. Ciddi zədəm olmazsa, hələ oynamağa davam edəcəm”.