RU

Sergey Yakiroviç Türkiyə klubundan ayrılıb

Türkiyənin "Kayserispor" klubunda baş məşqçi Sergey Yakiroviç ilə yollar ayrılıb.

Day.Az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Superliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Xorvatiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

 

Qeyd edək ki, "Kayserispor" Superliqada mövsümü 13-cü sırada bitirib. 43 yaşlı Yakiroviç 2025-ci ilin yanvarından bu komandanı çalışdırırdı.

Избранный
112
8
day.az

10Источники