RU

“Həkim 6 min pul aldı, yenidoğulmuş övladım öldü”

Masallıda yenidoğulmuş övladı vəfat edən şəxs hüquq-mühafizə orqanlarına müraciət edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, iyunun 7-si Yardımlı rayon sakini 1985-ci il təvəllüdlü Pərviz Gönlüşad oğlu Bağırov prokurorluğa ərizə ilə müraciət edib.

O bildirib ki, iyunun 3-ü Masallı Rayon Mərkəzi Xəstəxanasında oranın Doğum və Ginekologiya şöbəsinin müdiri Təhminə həkim ondan 6000 manat pul alıb və səhlənkarlıq nəticəsində yenidoğulan övladı orada vəfat edib.

Müraciətlə bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Aslan Vəliyev

Избранный
94
22
qafqazinfo.az

10Источники