RU

SHE Congress in təsisçisi, sahibkar Tatyana Mikayıl: Qadınlar və kişilər birgə daha gözəl şeylər yarada bilərik

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Mayın 22-də Bakıda növbəti SHE Congress keçirilib. Heydər Əliyev Mərkəzində baş tutan tədbir artıq yeddinci ildir ki, davamlı təsir yaratmaq üçün ortaq təşəbbüslə birləşmiş cəsarətli fikir liderlərini, inşaatçıları və liderləri bir araya gətirməyə davam edir.

SHE Congress-in təsisçisi, sahibkar Tatyana Mikayıl çıxışı zamanı bildirib ki, qadınlar özünü və ətrafındakıları dəstəkləməlidirlər.

“Mən hər il özümə sual verirəm. "Bu tədbiri edək, yoxsa...?" Amma sizin uğurlarınız bizi buna sövq edir. Dünya elə yaradılıb ki, qadınlar və kişilər birgə daha gözəl şeylər yarada bilərik. Bir-birimizə hörmətlə yanaşmalıyıq.

Bilirsiniz ki, dünya əhalisinin 50 faizi qadınlardır. Yerdə qalan 50 faizini də biz qadınlar dünyaya gətirmişik. Qadın idarəçi, evdar qadın və ya hər ikisini birgə apara bilər. Amma qadınlar özü bunu seçməlidir”,-deyə Tatyana Mikayıl qeyd edib.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Tatyana Mikayıl “Kim düşünür ki, dünyada nəyisə dəyişə bilər?”,-deyə zalda əyləşən qonaqlara sual ünvanlayıb.

“Görürəm zalın yarıdan çoxu əllərini qaldırdı. Əksəriyyətimiz belə düşünürüksə, nə üçün bunu etmirik. Biz bilirik ki, güclüyük, ağıllıyıq və bu səbəbdən də bərabər olmalıyıq”,-deyə Tatyana Mikayıl vurğulayıb.

Qeyd edək ki, Bizimyol.info xəbər portalı SHE Congress tədbirinin rəsmi media tərəfdaşıdır.

Leyla Mirzə, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
168
50
bizimyol.info

10Источники