Bu sözləri Demokrat.az-a açıqlamasında "Refresh Group" MMC adlı Qida təhlükəsizliyi üzrə konsaltinq xidmətləri göstərən şirkətin Baş İcraçı Direktoru Seymur Qafarov deyib.
O bildirib ki, qarpızdan zəhərlənmənin əsas səbəbləri bakterial çirklənmədir:
"Qarpızın qabığı torpaq və ya su vasitəsilə E. coli, Salmonella və ya Listeria kimi bakteriyalarla çirklənə bilər. Kəsilməzdən əvvəl yuyulmazsa, bu mikroblar bıçaq vasitəsilə içərisinə keçə bilər.Kəsilmiş qarpız otaq temperaturunda uzun müddət saxlanıldıqda bakteriyalar çoxalır. Buna görə də qarpız düzgün şəraitdə saxlanmalıdır. Soyuducuda 24 saatdan çox saxlanılan qarpız da, əgər düzgün örtülməyibsə, zəhərlənməyə səbəb ola bilər.Bəzi hallarda süni şəkildə tez yetişdirilən qarpızlarda nitrat və ya digər kimyəvi gübrələrin normadan artıq miqdarda olması zəhərlənməyə səbəb ola bilər.Çatlamış və ya yapışqan hissəli qarpızlar artıq fermentasiya olunmuş, yəni xarab olmuş ola bilər. Bu da mədə-bağırsaq pozğunluqlarına səbəb olur".
Ekspert qeyd edib ki, qarpızdan zəhərlənmənin bir neçə ələlamətləri var:
"Qarın ağrısı, ishal, qusma, hərarət (bəzən), baş gicəllənməsi, ümumi halsızlıq qarpızdan zəhərlənmənin əsas əlamətləridir.
Əgər zəhərlənmə şübhəsi varsa, bol maye (saf su, rehidratasiya məhlulları) qəbul edilməli, qusma və ya yüksək hərarət varsa, təcili həkimə müraciət edilməlidir.
Heç bir dərmanı həkim məsləhəti olmadan qəbul etmək olmaz.
Qarpızı yeməzdən əvvəl qabığını yaxşıca yumaq, yalnız təmiz şəraitdə kəsilən qarpız almaq və ya özünüz evdə kəsmək, kəsilmiş qarpızı 2 saatdan artıq otaq temperaturunda saxlamamaq, qarpızın içərisi çox yumşaq, yapışqan və ya turş qoxuludursa, istifadə etməmək lazımdır".
Əfsanə Kamal
Demokrat.az
10Источники
-
hafta.azİsti havalarda bu qidalar təhlükəlidir ( 19012300)
-
oxu.azİsti havalarda hansı qidalardan uzaq durmaq lazımdır? ( 19007755)
-
azvision.azŞirniyyat asılılığı: Vəziyyət göründüyündən daha ciddidir... ( 19000723)
-
azvision.azŞirniyyat asılılığı: Vəziyyət göründüyündən daha ciddidir... ( 18997474)
-
sherg.azOtizm kişilərdə niyə daha çox rast gəlinir? Alimlər narahatdır ( 18991618)
-
sherg.azOtizm kişilərdə niyə daha çox rast gəlinir? - Alimlər narahatdır ( 18991573)
-
azreform.infoYayda görünməz təhlükədən necə qorunaq? ( 18990406)
-
olke.azYayda görünməz təhlükədən necə qorunaq? ( 18990313)
-
referans.azYayda görünməz təhlükədən necə qorunaq? ( 18987988)
-
konkret.azYayda görünməz təhlükədən necə qorunaq? ( 18987862)