Los-Anceles meri Karen Bass davam edən etirazlar səbəbindən şəhərin mərkəzində komendant saatı tətbiq oluna biləcəyini deyib...
Poliqon bu barədə Associated Press nəşrinə istinadən xəbər verir.
"Biz komendant saatına baxırıq, zorakılıq davam edərsə, daha güclü tədbirlər görməyə baxırıq", Bass deyib.
İyunun əvvəlində Los-Anceles şəhərinin mərkəzində qeyri-qanuni mühacirləri müəyyən etmək üçün ICE reydi etirazçılarla toqquşmaya çevrildi. Ağ Ev rəsmiləri şəhərdəki etirazları qanunlara qarşı üsyan adlandırıblar. Kaliforniya Milli Qvardiyası tezliklə Los-Ancelesə gəldi. Miqrasiya reydləri zamanı saxlanılan insanların tutulduğu şəhərin mərkəzində federal binanın yaxınlığında onlarla Milli Qvardiyaçı müşahidə edilib.
Etirazlar iyunun 6-da başlayıb və o vaxtdan bəri səngiməyib, etirazlar hər keçən gün daha da şiddətlənir. Gazeta.Ru-nun yazdığı kimi, ABŞ prezidenti Donald Tramp Kaliforniya qubernatoru Gavin Nyusomun çağırışlarına baxmayaraq, etirazçıları dağıtmaq üçün şəhərə iki min Milli Qvardiyanın əsgərini göndərmək qərarına gəldikdən sonra iğtişaşlar şəhərətrafı qəsəbələrdən şəhər mərkəzinə qədər yayılıb.
Poliqon.info