RU

"Qarabağ" iki futbolçunun ayrılığını açıqladı - Yenilənib

style='margin-bottom:10px;'>

"Qarabağ" futbolçusu Yassin Benzia ilə yolları ayırdığını rəsmən açıqlayıb.

QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, əlcəzairli yarımmüdafiəçi ilə başa çatan müqavilə yenilənməyib.

Həmçinin oxuyun: "Qarabağ"da yayın ilk ayrılığı gerçəkləşdi

Ağdam klubu Yassin Benziyaya göstərdiyi xidmətlərə görə təşəkkür edib.

Qeyd edək ki, Benzia 2023-c ilin yanvarından "Qarabağ"da oynayırdı. o, bu komandada 104 oyun keçirib, 28 qol vurub, 25 qolun isə ötürməsini edib. "Qarabağ"dakı çıxışlarından sonra Benzia yenidən Əlcəzair millisinı dəvət almışdı. 

***

"Qarabağ" həmçinin Patrik Andrade ilə də yollarını ayırdığı açıqlayıb. Onun da klubla müqaviləsi iyunun 30-na qədər idi. 

2020-2022-ci illərdə "Qarabağ"da çıxış edən Andrade 2023-cü ilin yayında yenidən Ağdam klubuna qayıtmışdı.

Избранный
76
3
teleqraf.com

10Источники