Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlığı Agentliyinin Xəzinadarlıq İdarələri və yerli bölmələri ləğv edilib.
KONKRET.az qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə nazir Sahil Babayev əmr imzalayıb.
Paytaxtda da mövcud olan 11 Xəzinədarlıq İdarəsi ləğv olunub və işçilər sərəncama götürülüb.
Yalnız Maliyyə Nazirliyi Dövlət Xəzinədarlığı Agentliyinin 2 saylı Xəzinədarlıq İdarəsi saxlanılıb. Sözügedən qurumun rəisi Muradov Yəhya Məmmədhüseyn oğlu vəzifəsindən azad edilib və yerinə Etibar Muradov təyin olunub.
Yaxın vaxtlarda Xəzinədarlıq İdarələri birləşdirilərək, Regional İdarələr kimi fəaliyyət göstərəcək.