RU

Şəmkirdə iki qohum bıçaqlandı – Biri yeniyetmədir

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

KONKRET.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun mərkəzi küçələrindən birində qeydə alınıb.

İlkin məlumata görə, hadisə zamanı 17 yaşlı Heydər Həsənov və 1984-cü il təvəllüdlü Cəfər Tağıyev bıçaqlanıb.

Hər iki şəxs qohumdur. Yaralılar Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Onlara ilkin tibbi yardım göstərilib. Hazırda vəziyyətləri orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma başlanılıb.

Избранный
37
4
konkret.az

5Источники