“İsrail ilə İran arasında olan gərginlik uzun illərdir davam edir və zaman-zaman açıq və ya dolayı hərbi toqquşmalarla özünü göstərir. Bu gecə baş verən hadisə bölgədəki vəziyyəti daha da gərginləşdirəcək və böyük müharibəyə rəvac verə bilər. Sözsüz İran sakit dayanmayacaq və genişmiqyaslı müharibə qaçılmaz ola bilər” – bu fikirləri açıqlamasında politoloq Arzuman Muradlı bildirib.
Politoloq qeyd edib ki, diplomatik müdaxilə və sülh təşəbbüsləri olmasa bu müharibə bölgədə yeni fəlakətin yaranmasına səbəb ola bilər.
“Əgər beynəlxalq güclər məsələyə daha adekvat yanaşmasalar böyük müharibə qaçılmaz ola bilər. Tərəflər birbaşa qarşıdurmadan qaçsa belə, proksi qruplar vasitəsilə münaqişə uzun müddət davam edə bilər.Körfəz bölgəsindəki münaqişələr neft və qaz bazarlarına ciddi təsir göstərə bilər.Artıq müharibə həyacanı ilən neftin qiyməti birjalarda 15 faiz artıb. Əgər qarşıdurma genişlənərsə, bölgədə humanitar fəlakət qaçınılmaz olar.Bu böhrandan bölgədəki bütün ölkələr ziyan görəcək”.- deyə Arzuman Muradlı bildirib.