
Paytaxt məktəbliləri beynəlxalq olimpiadalarda 5 medal (1 qızıl, 3 gümüş, 1 bürünc) qazanıb. Respublika fənn olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən, 72 paytaxt məktəblisi qalib olub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən 1news.az-a verilən məlumata görə, onlardan 13 nəfər qızıl, 23 nəfər gümüş, 36 nəfər bürünc medala layiq görülüb.
Lütfi Zadə adına Məktəblilərarası Məntiq Olimpiadasının final mərhələsində 12 paytaxt məktəblisi qalib olub. Onlardan 5 nəfər qızıl, 3 nəfər gümüş, 4 nəfər isə bürünc medalın sahibi olub.