RU

Şəmkirdə iki nəfər su kanalında BOĞULDU

Şəmkirdə biri qadın olmaqla, iki məfər çayda batıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Mehrili kəndində, Şəmkirçay su anbarında baş verib.

Belə ki, 2004-cü il təvəllüdlü Ü. İbrahimov və daha bir qadın su kanalında boğulublar.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Həyata keçirilən axtarış tədbirləri nəticəsində su anbarında batanlardan birinin, Ü. İbrahimovun meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. 2005-ci il təvəllüdlü A. Həsənovanın axtarışı isə davam etdirilir.

Məlumata görə onlar su kanalında çimən zaman boğulublar.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Избранный
5
2
bizim.media

10Источники