
“11 iyun 1993-cü il tarixi – yəni Milli Qurtuluş Günü – Azərbaycan Respublikasının müstəqilliyi, dövlətçiliyin xilası, sabitliyin bərqərar olması və suverenliyin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Əsas məqam isə ondan ibarətdir ki, məhz Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı bu proseslərin əsas istiqamətverici qüvvəsinə çevrildi. Onun rəhbərliyi ilə dövlətçiliyin qorunması və möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı və bu, daim yadda qalacaq. 1991-ci ildən etibarən Azərbaycanın müstəqilliyini zəiflətmək məqsədilə ölkədə rəhbərsizlik mühiti yaradılmağa çalışılırdı. Bu məqsədlə həm Ermənistan, həm də onu dəstəkləyən xarici qüvvələr “lidersizləşdirmə” taktikasından istifadə edirdi. 1993-cü ilin iyununda Gəncə hadisələri ilə ölkə demək olar ki, vətəndaş müharibəsi həddinə çatmışdı. Belə bir vəziyyətdə Heydər Əliyevin ölkənin siyasi rəhbərliyinə – Azərbaycan Ali Sovetinin sədri seçilərək qayıdışı – Azərbaycanı xilas etdi və bu tarix Milli Qurtuluş Günü kimi dövlətimizin yaddaşına həkk olundu. Bu, həm də müstəqilliyimizin siyasi, iqtisadi və hərbi inkişafı üçün atılmış ən mühüm addım idi”. 1993-cü ilin mürəkkəb siyasi mənzərəsini xatırladan millət vəkili vurğulayıb ki, əsas məqsəd ölkədə siyasi sabitliyin təmin olunması idi:

“Həmin dövrdə Azərbaycan əyalətlərə, feodal prinsiplərlə idarə olunan bölgələrə parçalanmaq təhlükəsi ilə üz-üzə idi. Şimaldan və cənubdan daxil olan təzyiqlər ölkənin bütövlüyünü təhlükə altına salmışdı. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə qısa zamanda vəziyyət sabitləşdirildi, yeni Konstitusiya qəbul olundu, xarici siyasi mərkəzlərlə əlaqələr quruldu, dövlət qurumları formalaşdırıldı və dövlət idarəetmə sistemi yenidən inşa edildi. Ulu Öndərin uzaqgörənliyi nəticəsində həyata keçirilən yeni neft strategiyası iqtisadi dirçəlişin əsasını qoydu. Azərbaycan neftinin Avropa bazarlarına çıxarılması istiqamətində atılan addımlar, əldə olunan gəlirlərin ordu quruculuğuna və sosial sahələrə yönəldilməsi ölkəmizin beynəlxalq nüfuzunu artırdı. Yeni dövlətçilik məktəbi formalaşdı və müstəqilliyin necə böyük zəhmətlə qorunduğu bir daha təsdiqləndi”. Arzu Nağıyev qeyd etdi ki, bu gün əgər Azərbaycan 44 günlük Vətən müharibəsində torpaqlarını azad edibsə, qalib dövlət kimi regionun liderinə çevrilibsə, bu, məhz 1993-cü ildə Heydər Əliyev tərəfindən qoyulan təməlin nəticəsidir: “Siyasi sabitlik və dövlətçilik ənənələrinin qorunması bu gün də prioritetdir. Bu dəyərlər yeni nəslə ötürülməli, davamlı olaraq yaşadılmalıdır. Hazırda Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi islahatlar, apardığı siyasət məhz bu tarixi xəttin – Heydər Əliyev yolunun davamıdır. Biz müstəqil dövlətik və bu müstəqilliyin ən kulminasiya nöqtəsi ondan ibarətdir ki, bu gün artıq Azərbaycan bayrağı ölkənin bütün ərazisində dalğalanır. Müstəqilliyimizin möhkəmlənməsi istiqamətində azad edilmiş ərazilərdə aparılan dinc quruculuq işləri, infrastruktur layihələri, hərbi və sənaye baxımından əldə edilən irəliləyişlər ölkəmizin gələcəyinin təminatıdır. Bu yolda Ulu Öndər Heydər Əliyev tərəfindən vaxtilə qoyulan təməl danılmazdır”. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini, tarix üzrə fəlsəfə doktoru, dosent Arzu Abdullayev 11 iyun – Milli Qurtuluş Günü ilə bağlı açıqlamasında Heydər Əliyevin xilaskarlıq missiyası barədə danışdı. Müsahibimiz Metbuat.az-a bildirib ki, Naxçıvandan başlanan bu missiya Azərbaycanın müstəqillik və dövlətçilik tarixində dönüş nöqtəsi oldu:


Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "Azərbaycançılıq ideyasının təbliği" mövzusu üzrə hazırlanmışdır.