RU

İsrail Hərbi Hava Qüvvələri Tehranın Narmaq yaşayış məhəlləsinə zərbə endirib

İsrail

İsrail Hərbi Hava Qüvvələri Tehranın şimal-şərqində yerləşən Narmaq yaşayış məhəlləsinə zərbə endirib. Bu barədə "Tasnim" agentliyinin Telegram kanalında məlumat verilib."İsrail rejimi Tehrandakı Narmaq yaşayış məhəlləsinə hücum edib", – deyə agentliyin məlumatında bildirilir.İyun ayının 14-ü axşam saatlarında həmin ərazidə partlayış baş verib. Ağır hücum nəticəsində bir neçə nəfər xəsarət alıb.Qeyd edək ki, iyunun 13-nə keçən gecə İsrail "Qalxan Şir" adlı hərbi əməliyyata start verib. Hədəf İranın nüvə və hərbi obyektləri olub. Hücumlar, əsasən, nüvə silahlarının hazırlanması ilə bağlı infrastruktur və yüksək rütbəli hərbçilərin yerləşdiyi məntəqələrə yönəlib.Həmin günün axşamı isə İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) "Gerçək vəd – 3" adlı əks-hücum əməliyyatına başladığını elan edib və İsrail ərazisinə raket zərbələri endirib. Tehran bəyan edib ki, bu hücumların davamı olaraq, İsrailin hərbi infrastrukturuna, o cümlədən hava bazalarına və digər strateji obyektlərinə genişmiqyaslı zərbələr endiriləcək.Ulusum.az

Diqqət Çəkənlər

Qarpız içindən “yaşıl təhlükə” çıxdı: 270 kilo marixuana

İsrail Husi rəhbərliyinə zərbə endirdi: Hədəf – Baş Qərargah rəisi idi

Ər-arvadın ayrı yataq otağı olmalıdır? – Sevgi ilə sərhədlər arasında

Избранный
83
39
ulusum.az

10Источники