RU

Xameneini ölümdən Donald Tramp xilas edibmiş! Son anda VETO qoyub - TƏFSİLAT

ABŞ Prezidenti Donald Tramp son günlərdə İsrailin İranın ali dini lideri Ayətullah Əli Xameneiyə qarşı planlaşdırdığı qətl əməliyyatını son anda dayandırıb. Məşhur “Reuters” agentliyinin yaydığı məlumata əsasən, İsrail xüsusi xidmətləri və hərbi rəhbərliyi tərəfindən hazırlanmış bu plan ABŞ tərəfinə təqdim edildikdən sonra, Tramp onu “vetolayıb”.

Musavat.com xəbər verir ki, xəbərdə qeyd olunur ki, İsrail bu planı İranın strateji obyektlərinə zərbələr endirildiyi bir vaxtda gündəmə gətirib. Lakin ABŞ Prezidenti Tramp həmin planı qəbul etməyib və bununla Xameneinin fiziki məhv olunmasının qarşısını alıb. Ağ Evə yaxın iki mənbə Reuters-ə bildirib ki, Tramp “İranlılar hələ amerikalını öldürməyiblər. Belə olan halda onların ali liderinə hücum etməyimiz üçün səbəb yoxdur”, – deyə qərarını əsaslandırıb.

Ekspertlər hesab edir ki, Trampın bu qərarı yalnız etik və hərbi məsuliyyətlə bağlı deyil, eyni zamanda ABŞ-ın Cənubi Qafqaz və Yaxın Şərqdəki balanslı diplomatik mövqeyini qorumaq məqsədi daşıyır. Tramp administrasiyası son günlərdə İran və İsrail arasında atəşkəsin bərqərar olunması üçün yeni diplomatik təşəbbüslərlə çıxış edir. ABŞ lideri özünün “Truth Social” platformasında paylaşdığı mesajda bildirib ki, “biz bu qanlı münaqişəni tezliklə dayandıra bilərik”.

İran isə İsrailin son zərbələrinin ABŞ-ın dəstəyi ilə həyata keçirildiyini iddia edir. Tehranın xarici işlər naziri Abbas Əraqçi bəyan edib ki, bu hücumlar İranın sülh danışıqlarında iştirakını pozmağa yönəlib. Lakin Trampın Xameneiyə qarşı sui-qəsd planını dayandırması Vaşinqtonun bu mərhələdə eskalasiyadan qaçmaq istədiyini göstərir.

İsrail tərəfi məsələ ilə bağlı rəsmi açıqlama verməsə də, mediada yayılan məlumatlara görə, Tel-Əvivin hərbi rəhbərliyi İranın nüvə və ballistik potensialını sıradan çıxarmaq üçün bütün vasitələrdən istifadəyə hazırdır. Lakin görünən odur ki, Tramp administrasiyası İranın ali dini liderinə qarşı birbaşa hücumu qeyri-məqbul sayır.

Beləliklə, Donald Trampın son anda verdiyi veto qərarı İran və İsrail arasındakı qarşıdurmanın yeni bir səviyyəyə keçməsinin qarşısını almış oldu. Eyni zamanda, bu addım ABŞ-ın bölgədə tammiqyaslı müharibəyə sürüklənmək istəmədiyini bir daha nümayiş etdirdi. Xameneiyə qarşı planlaşdırılan sui-qəsdin önlənməsi isə gələcəkdə diplomatik danışıqlara zəif də olsa, ümid yarada bilər.

Musavat.com

Избранный
40
50
musavat.com

10Источники