Baku.ws portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Məşhur müğənni Lara İranda köməksiz vəziyyətdə qalıb. İki il əvvəl iranlı voleybolçu Mehdi Karimi ilə ailə quran ifaçı ailə ziyarəti üçün getdiyi İranda mühasirədə qalıb.
BAKU.WS xəbər verir ki, Lara sosial şəbəkədə paylaşım edərək yardım istəyib: "İrandayam, vəziyyət çox gərgindir. Sosial mediaya çox çətinliklə daxil oldum. Nə telefon işləyir, nə də internet var. Dualarınızı əsirgəməyin. Allah İran xalqının yanında olsun", – deyə bildirib.
Müğənninin bu paylaşımı qısa müddətdə çoxlu bəyənmə və şərhlər toplayıb.
Qeyd edək ki, Lara "Katmer Katmer" və "Allah versin" kimi mahnıları ilə tanınır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.