RU

Qadın okeanda itirdiyi nişan üzüyünü altı saatlıq axtarışdan sonra tapıb...

...Missuri ştatından olan amerikalı Sara Mone Florida sahillərində tətildə olarkən 10 min dollar dəyərində olan nişan üzüyünü itirib.

SİA-nın məlumatına görə, zərgərlik barmağından sürüşərək birbaşa Atlantik okeanının sularına düşüb.

Maraqlıdır ki, üzüyü tapmaq üçün müvəffəqiyyət ehtimalının az olmasına baxmayaraq, qadın təslim olmamaq qərarına gəlib və altı saatlıq axtarışdan sonra üzüyü tapa bilib.

Saranın sözlərinə görə, üzüyün onun üçün təkcə maddi deyil, həm də böyük emosional dəyəri olub.

Qeyd edək ki, itki mayın 31-də səhər saatlarında ailəsi ilə birlikdə çimərliyə gedərkən baş verib.

...Üzüyün necə itdiyinin fərqinə varmadım. Sadəcə barmağımda olduğunu unutmuşam.

Bunu qadın deyib.

...Kənardan heç bir kömək-filan istəməyən Sara təkbaşına axtarış əməliyyatı təşkil edib: maska, şnorkel taxdı, özü ilə GoPro kamerası götürüb və onun ehtimalına görə zinət əşyalarının düşə biləcəyi mərcan rifi ərazisində okeanda bir neçə saat dalğıc keçirib...

...Mən çaxnaşma deyil, sakit olmağa çalışdım. Bunun harada baş verə biləcəyi barədə təxmini fikrim var idi.

Bunu deyən qadın altı saat sonra həqiqətən də üzüyü tapıb və onunla birlikdə sudan çıxdığı an videoya çəkilib.

Maraqlıdır ki, onun bu əməli8 milyondan çox baxışla TikTok-da viral olub.

Nazlı Almuradova

Избранный
20
1
sia.az

2Источники