RU

Təl Əvivdə ABŞ səfirliyinin yaxınlığına raket düşdü

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Təl-Əvivdə ABŞ səfirliyinin yaxınlığına raket düşüb.

Oxu.Az xəbər verir ki, bu barədə İsrailin "Ynet" portalı məlumat yayıb.

"Raketlərdən biri ABŞ səfirliyi kompleksinin ərazisinə yaxın bir yerə düşüb", - deyə məlumatda bildirilir.

Portal raketin hansı ölkəyə məxsus olduğunu açıqlamayıb.

Öz növbəsində ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi bildirib ki, yaxınlıqda baş verən partlayış nəticəsində səfirlik az miqdarda zərər görüb, lakin heyət üzvləri arasında xəsarət alan olmayıb.

Bundan əvvəl Təl-Əvivdə Danimarka səfirinin yaşadığı çoxmərtəbəli binaya İranın atdığı raket düşüb. Danimarkanın İsraildəki səfiri Tomas Vinkler "Facebook" bildirib ki, təhlükəsiz sığınacaqda olduğu üçün o xəsarət almayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
13
1
oxu.az

3Источники