RU

Aİ Trampı ticarət müharibəsindən imtina etməyə çağırır

Bakivaxti portalından verilən məlumata əsasən, ain.az bildirir.

Avropa İttifaqı (Aİ) ABŞ Prezidenti Donald Trampı G7 sammitindən əvvəl "ticarət müharibəsi"ndən imtina etməyə çağırır.

Bu barədə Bakıvaxtı.az “Politico”ya istinadən xəbər verir.

Aİ Şurasının rəhbəri A.Koşta bildirib ki, Avropa müdafiə xərclərini artıra bilməz. Onun fikrincə, Aİ, eyni zamanda, "ticarət müharibəsi" aparmalı olacaqsa, Trampın istədiyi kimi, müdafiə xərclərini artıra bilməyəcək.

"İndi iqtisadiyyatda qeyri-müəyyənlik, ticarətdə problemlər yaratmaq üçün münasib vaxt deyil. Çünki biz iqtisadi bazamızı, Birləşmiş Ştatlar kimi, gücləndirməliyik", - A.Koşta bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
15
4
bakivaxti.az

5Источники