Bakıda ilk dəfə keçiriləcək UFC Fight Night turnirində döyüşəcək Rafael Fiziyev “Qarabağ” klubunun bazasına baş çəkib.

Offsideplus.az xəbər verir ki, 33  yaşlı idmançı Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov və futbolçu Bəhlul Mustafazadə ilə görüşüb.

Q.Qurbanov döyüşçünü "Qarabağ"ın çıxış etdiyi Suraxanı qəsəbə stadionu ilə tanış edib.

Daha sonra baş məşqçi R.Fiziyevə "Qarabağ"ın 11 nömrəli formasını bağışlayıb. İdmançı isə qarşı tərəfə Fiziev UFC-nin rəsmi əlcəklərini hədiyyə verib.

Ardınca Rafael Fiziyev və Bəhlul Mustafazadə məşhur «tirə zərbə» oyununda qüvvələrini sınayıblar.