RU

Luis Kastro - “Nant”ın yeni baş məşqçisi

Portuqaliyalı futbol mütəxəssisi Luis Kastro (tam adı – Luis Manuel Ferreyra de Kastro) “Nant” komandasının baş məşqçisi təyin olunub.

Arena.az xəbər verir ki, bu barədə Fransa klubunun mətbuat xidməti məlumat yayıb.

Liqa 1 təmsilçisi 45 yaşlı portuqaliyalı mütəxəssislə 2+1 illik müqavilə bağlayıb. O, bu postda bu yay komandanı tərk etmiş Antuan Kombuareni əvəz edib.

Kastro məşqçilik karyerası ərzində “Panetolikos”, “Benfika” (B), “Dyunkerk” kimi klublarda da baş məşqçi kimi işləyib.

Xatırladaq ki, “Nant” Liqa 1-in 2024/2025-ci illər mövsümünü 13-cü pillədə başa vurub.

Antuan Kombuare 2024-cü ilin mart ayından “Nant”a rəhbərlik edirdi. O, bu müddətdə komandanı 44 oyuna çıxarıb, 11 qələbə, 14 heç-heçə, 19 məğlubiyyət görüb.

Xatırladaq ki, Antuan Kombuare 2021-ci ilin fevral ayından 2023-cü ilin may ayına kimi də “Nant”a rəhbərlik edib. O, bu komandanı 2021/2022 mövsümündə Fransa kubokunun qalibi edib, 2022/2023 mövsümündə isə gümüş medallar qazandırıb. Kombuare “Nant”ı həmin vaxt 109 oyuna çıxarıb. Komanda bu matçlarda 42 qələbə qazanıb, 28 heç-heçə edib və 39 məğlubiyyətə üzülüb.

Fransalı mütəxəssi daha öncə “Tuluza”, “Dijon”, “Genqam”, “Lans”, “Əl-Hilal”, PSJ, “Valensyen” və “Strasburq”a da rəhbərlik edib.

Избранный
10
arena.az

1Источники