RU

Fərhad Abdullayev: Süni intellekt texnologiyaları dövrünə keçid dünya üçün yeni çağırışlar yaradır

Qloballaşma prosesi, iqlim dəyişiklikləri, münaqişələr, süni intellekt texnologiyaları dövrünə keçid, digər müxtəlif istiqamətli transformasiyalar dünya üçün yeni çağırışlar yaradır.

“Report” xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev iyunun 18-də Bakıda keçirilən “Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları institutlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumunda çıxış edərkən deyib.

O vurğulayıb ki, bu gün dünyada istər siyasi, istərsə də iqtisadi cəhətdən mürəkkəb vəziyyət hökm sürür: “Qloballaşma prosesi, iqlim dəyişiklikləri, münaqişələr, süni intellekt texnologiyaları dövrünə keçid, digər müxtəlif istiqamətli transformasiyalar dünya üçün yeni çağırışlar yaradır. Hazırda bir çox dünya dövlətləri mürəkkəb siyasi sınaq qarşısındadır. Lakin bütün bu çətinliklərə baxmayaraq, bizim ölkəmiz gündən-günə güclənərək, bu gün deyə bilərik ki, ən qüdrətli dövrünü yaşayır. Müstəqillik dövründə əldə edilən ən vacib nailiyyət isə şübhəsiz ki, torpaqlarımızın işğaldan azad edilməsi və dövlət suverenliyinin tam bərpası oldu. Əldə olunan qələbə sayəsində Konstitusiyasının hüquqi qüvvəsinin işğaldan azad edilmiş bütün torpaqlarımızda şərtsiz bərqərar olunması ilə Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqlar tam şəkildə bərpa edildi”.

O əlavə edib ki, bu günə qədər İnsan Hüquqları üzrə Müvəkkil tərəfindən verilən sorğular əsasında Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən 25 qərar və 7 qərardad qəbul edilib: “Həmin qərarlarda müvafiq qanunvericilik normalarının Konstitusiyaya uyğunluğu baxımından təhlili aparılmış, onlara hüquqi qiymət verilib. Bəzi hallarda hüquq tətbiq edici orqanlar üçün müəyyən praktiki istiqamətlər müəyyən edilib”.

Избранный
14
2
report.az

3Источники