Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.
Xırdalan şəhərində qayda pozan sürücünün videosu avtomobildəki kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə "AAAF" yaşayış kompleksinin həyətində qeydə alınıb. Belə ki, 90-ZU-543 qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobilin sürücüsü hərəkətə başlayan zaman təkərlərin yer səthində sürtünməsi səslərini çıxarıb. Sakinlər bildirirlər ki, bu cür sürücülər axşam saatlarında kompleksin həyətində müxtəlif formada şou göstərərək rahatlığı və təhlükəsizliyi pozurlar.
Fərid
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.