RU

Fahrettin Altun: İlham Əliyev sabah Türkiyədə olacaq

İlham Əliyev sabah Türkiyədə olacaq. Bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun bildirib.

“Azərbaycan Prezidenti cənab İlham Əliyev, Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 2025-ci il iyunun 19-da cümə axşamı günü ölkəmizə səfər edəcək. Səfər çərçivəsində Türkiyə prezidenti və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə 2023-cü ilin fevral ayında ölkəmizdə baş vermiş zəlzələdən sonra Türkiyə və Azərbaycan tərəfindən Kahramanmaraşda “Azərbaycan Məhəlləsi” adıyla inşa edilən yaşayış kompleksinin açılışı həyata keçiriləcək.”- deyə Fahrettin Altun bildirib.

Fahrettin Altun bildirib ki, səfər zamanı, Türkiyə və Azərbaycan arasındakı münasibətlərlə yanaşı, aktual regional proseslər barədə də fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

Избранный
5
24
moderator.az

10Источники